Çələbiyev yarımfinalda

celebiyev-yarimfinalda
Oxunma sayı: 1227

 IV İslam Həmrəyliyi Oyunları çərçivəsində keçirilən boks yarışlarında 1/4 final mərhələsinə start verilib. 

“Qafqazinfo” xəbər verir ki, Azərbaycan millisinin üzvü Cavid Çələbiyev Bakıda təşkil olunan yarışda ilk sınağına çıxıb. 60 kq çəki dərəcəsində mübarizə aparan dünya çempionumuz türkiyəli Hakan Doğanla (Türkiyə) üz-üzə gəlib. Görüş Çələbiyevin 5:0 hesablı qələbəsi ilə başa çatıb. Bununla da 25 yaşlı idmançı ən azı bürünc medalı təmin edib. Bu, boks yığmamızın təmin etdiyi ilk medaldır.

Qeyd edək ki, C. Çələbiyev mayın 17-də baş tutacaq yarımfinalda qazaxıstanlı Sultan Zaurbəylə döyüşəcək.