92 yaşlı kişi ilə 89 yaşlı arvadının meyiti tapıldı

92-yasli-kisi-ile-89-yasli-arvadinin-meyiti-tapildi
Oxunma sayı: 1826

Saatlı rayonunda 2 nəfər dəm qazından ölüb.

“Qafqazinfo” xəbər verir ki, hadisə dünən rayonun Qara Nuru kəndində baş verib.

Kənd sakinləri - 92 yaşlı İsmayılov İbrəhim Hüseyn oğlu və 89 yaşlı həyat yoldaşı İsmayılova Pəri Edil qızı yaşadıqları evdə dəm qazından zəhərlənərək vəfat ediblər.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.