Cəlilabadda 6 aylıq körpə öldü - Yenilənib

celilabadda-6-ayliq-korpe-oldu
Oxunma sayı: 1905

Cəlilabadda 6 aylıq körpə həyatını itirib.

“Qafqazinfo” xəbər verir ki, körpə səhhətində yaranan problem səbəbilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında müayinə edilib.

Valideyn Amiq Mirzəyev bildirib ki, müayinədən sonra övladına vurulan iynə onun vəziyyətini daha da ağırlaşdırıb.

Körpə təcili qaydada Bakıda yerləşən xəstəxanaların birinə aparılsa da, həkimlərin müdaxiləsinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

***

Cəlilabad Rayon Mərkəzi Xəstəxanasından saytımıza bildirilib ki, məsələ ilə bağlı xəstəxaya heç bir müraciət qeydə alınmayıb: “Aparılan araşdırmanın nəticəsində müəyyən edilib ki, təxminən 4 ay əvvəl, gecə saatlarında körpənin valideynləri azyaşlını xəstəxananın həkim-pediatrının evinə gətirib, həkim onu müayinə edərək, yalnız ilkin tibbi yardım göstərib.

Daha sonra həkimin körpə ilə hər hansı təması olmayıb, müayinə və inyeksiya edilməsi həyata keçirilməyib”.

Surxay Şahbazov