Cəlilabadda “Mercedes” markalı minik avtomobili yol kənarındakı elektrik transformatoruna çırpılıb.
“Qafqazinfo” xəbər verir ki, hadisə köhnə Ələt-Astara magistralının rayon ərazisindən keçən hissəsində baş verib.
Belə ki, nəqliyyat vasitəsi idarəetmədən çıxaraq yol kənarındakı elektrik transformatoruna çırpılıb.
Qəza zamanı sürücü yüngül xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.
Surxay Şahbazov
Son xəbərlər
Son Xəbərlər