ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Yaxın Şərqdəki hərbi qüvvələrinin istənilən ssenariyə qarşı tam hazır vəziyyətə gətirildiyini bəyan edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə komandanlığın rəsmi “X” hesabında məlumat paylaşılıb.
Bəyanatda ABŞ ordusunun regiondakı hadisələrin inkişafına operativ reaksiya vermək iqtidarında olduğu vurğulanıb:
“ABŞ qüvvələri Yaxın Şərq boyu diqqətini cəmləyib və hazır vəziyyətdə qalmağa davam edir”.
Məlumata əsasən, hazırda bölgədə olan idarəolunan raket esminesi “USS Mitscher” (DDG 57) və digər hərbi birləşmələr koordinasiyalı şəkildə fəaliyyət göstərir. Paylaşılan görüntülərdə gəminin uçuş göyərtəsində “MH-60S Sea Hawk” helikopterinin əməliyyatlara cəlb olunması əksini tapıb.
Qeyd edək ki, ABŞ hərbi rəhbərliyinin sözügedən açıqlaması son günlər İranla yaşanan dəniz blokadası gərginliyi və Fars körfəzindəki bazalara endirilən zərbələrdən sonra gəlib.
Son xəbərlər
Son Xəbərlər