Ceyhun Bayramov Əlcəzair XİN-in baş katibi ilə görüşdü

ceyhun-bayramov-elcezair-xin-in-bas-katibi-ile-gorusdu
Oxunma sayı: 1005

Bu gün xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə səfərdə olan Əlcəzair Xalq Demokratik Respublikasının Xarici İşlər və Xaricdəki Milli İcma Nazirliyinin baş katibi Lounes Magramaneni qəbul edib.

“Qafqazinfo” xəbər verir ki, görüşdə Azərbaycanla Əlcəzair arasında mövcud dostluq və əməkdaşlıq münasibətlərinin genişləndirilməsi perspektivləri ətrafında fikir mübadiləsi aparılıb, iki ölkə arasında siyasi dialoqun, məsləhətləşmə mexanizminin, parlamentlərarası əməkdaşlığın və qarşılıqlı yüksəksəviyyəli səfərlərin əhəmiyyəti vurğulanıb.

Görüş zamanı müqabil tərəf Azərbaycana qarşı təcavüzün tarixçəsi, postmünaqişə dövründə Azərbaycanın Cənubi Qafqaz regionunda dayanıqlı sülhün təsis edilməsi vizionu barədə məlumatlandırılıb.

Görüşdə yeni əməkdaşlıq istiqamətləri və qarşılıqlı maraq kəsb edən digər regional məsələlər üzrə fikir mübadiləsi aparılıb.