Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə danışdı

Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə danışdı
Oxunma sayı: 762

Xarici işlər naziri Ceyhun Bayramovun Özbəkistanın xarici işlər naziri v.i.e. Vladimir Norov ilə telefon danışığı baş tutub.

Bu barədə “Qafqazinfo”ya XİN-dən məlumat verilib.

Bildirilib ki, nazirlər, cari ilin 22 iyun tarixində Prezident İlham Əliyevin Özbəkistana dövlət səfərinin yüksək səviyyədə təşkilini və səfərin nəticələrini, o cümlədən iki dövlət arasında strateji tərəfdaşlığı keyfiyyətcə yeni mərhələyə yüksəldən sənədlərin imzalanmasını xüsusilə vurğulayıblar.

Tərəflər, səfər zamanı əldə edilən razılaşmaların icrası vəziyyətini, habelə bu istiqamətdə atılacaq növbəti addımları müzakirə ediblər.

Eyni zamanda, bir neçə gün öncə Özbəkistanın Qaraqalpaq Respublikası ərazisində iğtişaşlar törədərək ölkədə qeyri-sabitlik yaratmaq cəhdlərinə qarşı dövlət tərəfindən qanuni addımların atıldığı vurğulandı və bu xüsusda Azərbaycanın qardaş Özbəkistan dövlətinə və xalqına dəstəyi ifadə edildi.

Dövlətlərin suverenliyi və ərazi bütövlüyünə qarşı yönələn hər hansı halların qəbuledilməz olduğu vurğulandı.