Ceyhun Bayramovla Hakan Fidan arasında telefon danışığı olub

ceyhun-bayramovla-hakan-fidan-arasinda-telefon-danisigi-olub
Oxunma sayı: 115

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla türkiyəli həmkarı Hakan Fidan arasında telefon danışığı baş tutub.

“Qafqazinfo” “Hürriyet”ə istinadla xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, telefon danışığı zamanı iki ölkə arasında ikitərəfli münasibətlər və regional məsələlər müzakirə edilib.