Dindirilmədən sonra İdarənin qarşısında toplaşan jurnalistlərə açıqlamasında X.İsmayılova bildirdi ki, bu dəfə də ona əsasən amerikalı diplomatlarla birgə edilmiş naharla bağlı suallar verilib.
“Mən facebookda yayılan sənədin mənə kim tərəfinən göndərilməsi barədə istintaqa məlumat verdim. Həmin adam MTN-in sabiq əməkdaşı Ramin Nağıyevdir. Çünki mənbə özü adının açıqlanmasına razılıq vermişdi. Sonra soruşdular ki, məlumat mənə necə verib. Mən də bildirdim ki, elektron ünvanıma yollayıb. Bu səbəbdən də mənə dedilər ki, biz sənin kompüterinə baxış keçirməliyik. Daha doğrusu mənim iştirakımla emailimə baxış olacaq. Mən buna razılıq verdim”. X.İsmayılın sözlərinə görə, “Art Gardın” restoranında olan görüşlə bağlı da demək olar yeni suallar olmadı. “Mən onlara bildirdim ki, bu adamlar Senatın üzvlərdir və mən də dövlət sirri daşıyıcısı olmadığım üçün onlara hər hansı sirri də verə bilməzdim. Bir daha bildirdim ki, Ceyhun Osmanlı biz hesabı verməyə hazırlaşanda restorana iki qadınla girdi”, - deyə o, vurğuladı.
Yenidən 26 fevral sabah 10.30-da idarəyə çağrılan X.İsmayıl bu dəfə də boş boşuna vaxt itirdiyindən gileyləndi. O frilanser (müstəqil jurnalist) kimi yalnız gördüyü işə görə əmək haqqı aldığını və dalbadal bir neçə gün istintaqa çağırldığına görə itirdiyi maliyyəyə görə kompensasiyanı prokurorluqdan tələb edəcəyini bir daha bildirdi.
Qeyd edək ki, bir neçə gün bundan əvvəl Ceyhun Osmanlı Xədicə İsmayılın amerikalılarla danışıqlarını yazdığını açıqlayıb. O, bu barədə facebook səhifəsində yazıb.
Xatırladaq ki, X.İsmayılova 2 il bundan əvvəl sosial şəbəkələrdə Mustafa Kozlu adlı istifadəçi tərəfindən yayılmış, məxfi deyilən sənədin foto-surətini ciddi redaktələrlə yayıb. Həmin sənədin dövlət sirrini əhatə etdiyi iddia olunur və bu əsasda fakt üzrə Baş Prokurorluqda Cinayət Məcəlləsinin 284.2-ci (Dövlət sirrinin yayılması, ağır nəticələrə gətirdikdə) maddəsilə cinayət işi qaldırılıb.
Bizimyolinfo.com
Son xəbərlər
Son Xəbərlər