Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) sədrinin köməkçisi və sözçüsü Faiq Öztrak koronavirusa yoluxub.
“Qafqazinfo” “Hürriyet”ə istinadən xəbər verir ki, Öztrak bu barədə sosial şəbəkədə yazıb:
“Verdiyim Covid-19 testinin pozitiv çıxdığını bir az əvvəl öyrəndim. Səhhətim hazırda yaxşıdır. Ancaq bir neçə həftə evdən işləyəcəyəm. Axtarıb maraqlanan hər kəsə çox təşəkkür edirəm. Bu yaxınlarda mənimlə maskasız təmasda olanların test vermələrini xahiş edirəm”.
Son xəbərlər
Son Xəbərlər