“Çin rəhbərliyi ABŞ Prezidenti Donald Trampın 104 faiz həcmində gömrük rüsumlarına cavab olaraq qətiyyətli tədbirlər görəcək”.
“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə məlumatı Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Lin Çzyan açıqlayıb.
“Qanuni hüquq və maraqlarımızın qoyunması üçün qətiyyətli və effektiv tədbirlər görməyə davam edəcəyik”, - deyə Çzyan qeyd edib.
Xatırladaq ki, Ağ Ev Çindən idxal olunan məhsullara 104 faizlik tarif tətbiq edildiyini və aprelin 9-dan əlavə vergilərin toplanacağını bildirib.
***
Çinin Maliyyə Nazirliyi ABŞ-dən idxal edilən məhsullara görə gömrük rüsumunu 34 faizdən 84 faizə qaldırır.
Nazirliyin məlumatına görə, gömrük rüsumları aprelin 10-dan artırılacaq.