Pike Şakiraya xəyanət etdiyi sevgilisindən ayrıldı

pike-sakiraya-xeyanet-etdiyi-sevgilisinden-ayrildi
Oxunma sayı: 3691

İspaniya millisinin və “Barselona”nın sabiq futbolçusu Jerar Pike sevgilisi Klara Çiadan ayrılıb.

“Qafqazinfo” bu barədə “Marca” nəşrinə istinadən xəbər verir.

Məlumata görə, Pike  Mayamidə başqa bir xanımla görüntülənib. Amma ayrlığın əsas səbəbləri barədə tam məlumat verilməyib.

Qeyd edək ki, cütlük təxminən 3 ildir birlikdə idi.

Xatırladaq ki, Pike Çiadan əvvəl uzun illər tanınmış ulduz müğənni Şakira ilə evli olub. Keçmiş futbolçu və Şakiranın iki oğlu var. Cütlük 2022-ci ilin yayında ayrılıb. Buna səbəb futbolçunun müğənniyə xəyanət etməsi olub.