La Liqanı tərk edəcək ilk klub bilindi

la-liqani-terk-edecek-ilk-klub-bilindi
Oxunma sayı: 4547

La Liqanı bu mövsüm tərk edəcək ilk klub müəyyənləşib.

“Qafqazinfo” xəbər verir ki, “Valyadolid” klubu bu mövsüm liqada qalma şanslarını itirib.

İspaniya çempionatının 33-cü turunda səfərdə “Betis”ə məğlub olan (1:5) “Valyadolid” 33 oyunda 16 xal toplayaraq turnir cədvəlinin sonuncu, 20-ci pilləsində qərarlaşıb. 

Bununla da klub La Liqada qalmaq üçün lazım olan 17-ci pilləyə qalxmayacağı dəqiqləşib.

Əlavə edək ki, “Valyadolid” La Liqada keçirdiyi son 14 matçda bir xal toplaya bilib.