Çingiz Abdullayevə daha bir vəzifə verildi

cingiz-abdullayeve-daha-bir-vezife-verildi
Oxunma sayı: 5855

Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi İctimai Birliyinin yeni tərkibdə İdarə Heyətinin ilk toplantısı keçirilib.

QafqazinfoTrend-ə istinadən xəbər verir ki, iclasda İdarə Heyətinin üzvləri, tanınmış ədəbiyyat, elm və incəsənət adamları, ictimai xadimlər, mədəniyyət işçiləri iştirak edib. DAMM İB İH-nin üzvü Rasim Məmmədov bildirib ki, iclası keçirməkdə əsas məqsəd təşkilata yeni prezident və I vitse-prezident seçməkdir.

İH üzvlərinin yekdil qərarı ilə Azərbaycan Yazıçılar Birliyinin katibi, xalq yazıçısı Çingiz Abdullayev DAMM İB-nin yeni prezidenti, İNK İH-nin sədri Rasim Məmmədov isə l vitse-prezident seçilib.