UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində Norveç təmsilçisi “Budyo-Qlimt” öz meydanında Portuqaliyanın “Sportinq” klubunu 3:0 hesabı ilə məğlub edərək növbəti böyük sürprizə imza atıb.
“Qafqazinfo” xəbər verir ki, “Aspmira” stadionunda keçirilən matçda meydan sahiblərinin qollarını 32-ci dəqiqədə penaltidən Sondre Fet, 45+1-ci dəqiqədə Ole Didrik Blomberq və 71-ci dəqiqədə Kasper Hoq vurub.
Bu qələbə ilə Norveç klubu Çempionlar Liqasında ardıcıl 5-ci qalibiyyətini qazanıb.
Qeyd edək ki, “Budyo-Qlimt” bu mövsüm artıq “Mançester Siti”, “Atletiko Madrid” və “İnter” kimi nəhəngləri hər iki oyunda məğlub etməyi bacarıb.
Tərəflər arasında cavab oyunu martın 17-də Lissabonda keçiriləcək.
Son xəbərlər
Son Xəbərlər