Böyük Britaniyanın Baş naziri Boris Conson və həyat yoldaşı Kerri Conson koronavirusla bağlı pandemiya qaydalarını pozduqlarına görə cərimələnəcəklər.
“Qafqazinfo” “Haber Global”a istinadən xəbər verir ki, London polisi Covid-19 səbəbilə elan edilən karantin dövründə keçirilən əyləncələrlə bağlı araşdırma çərçivəsində daha 30 nəfərin cərimələnəcəyini açıqlayıb.
Bu siyahıda maliyyə naziri Rişi Sunakın da adı var.
Qeyd edək ki, hər üç şəxsin adı 2020-ci ilin iyun ayında keçirilən ad günü əyləncəsində iştirak etməkdə hallanır.
Son xəbərlər
Son Xəbərlər