“Crocus City Hall”da yaralananların sayı 360-a çatdı

crocus-city-hallda-yaralananlarin-sayi-360-a-catdi
Oxunma sayı: 1370

Moskvada “Crocus City Hall” ticarət mərkəzində terror zamanı xəsarət alanların sayı 360-a çatıb. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı TASS yayıb. 

Onlardan 11-nin uşaq olduğu bildirilir. 63 nəfər artıq xəstəxanadan evə buraxılıb. 

Məlumata görə, yaralı sayının artması insanların terror baş verən gecə hadisə yerini şok halda tərk etməsi və dərhal həkimə müraciət etməməsi ilə əlaqəlidir.

Xatırladaq ki, martın 22-si baş verən terror aktı nəticəsində 137 nəfər həlak olub.