Culani ilk rəsmi səfərindədir

culani-ilk-resmi-seferindedir
Oxunma sayı: 5847

Əhməd əl-Şaara (Culani) Suriyanın müvəqqəti Prezidenti seçildikdən sonra ilk rəsmi səfərini Səudiyyə Ərəbistanına edib.

“Qafqazinfo” xəbər verir ki, bu haqda Səudiyyə Ərəbistanının “Əl-İxbariyyə” telekanalı məlumat yayıb.

Əl-Şara xarici işlər naziri Əsəd Həsən Şeybaninin müşayiəti ilə Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyada gəlib. Vəliəhd şahzadə Məhəmməd bin Salmanla görüşü gözlənilir.