Nepalın 26 avqustda daşqınlardan ciddi zərər görən Nuvakot bölgəsində axtarış-xilasetmə və dağıntıların təmizlənməsi işləri davam etdirilir.
“Qafqazinfo” xəbər verir ki, Betravati-Tupçe və Trişuli çayları boyunca yerləşən yaşayış məntəqələrində daşqınlar nəticəsində çoxsaylı evlər dağılıb və ya palçıq altında qalıb.
Təbii fəlakət yollar, körpülər, kənd təsərrüfatı sahələri və digər infrastruktura da ciddi ziyan vurub.
Ərazilərdə yığılan palçıq, qayalar və dağıntılar ağır texnikanın köməyi ilə təmizlənir. Daşqınlar səbəbindən bağlanan yolların yenidən açılması istiqamətində də işlər aparılır.
Helikopterlər itkin düşən şəxslərin axtarışına havadan dəstək verir. Daşqınlardan zərər çəkən sakinlərə isə yardım ləvazimatları çatdırılır.
Rəngləri solan Nepaldan fotoları təqdim edirik:













Son xəbərlər
Son Xəbərlər