Daha bir gənc suda boğularaq öldü - Yenilənib

daha-bir-genc-suda-bogularaq-oldu
Oxunma sayı: 783

Beyləqan sakini kanalda batıb.

“Qafqazinfo” xəbər verir ki, rayon sakini 18 yaşlı Əhmədov Amin Zamir oğlu dünən Birinci Şahsevən kəndi ərazisindən keçən “Yeni Xan Qızı” adlı beton kanalda çimərkən suda boğularaq ölüb.

Amin Əhmədovun meyitinin tapılması üçün axtarışlar davam etdirilir.

Fakt üzrə Beyləqan Rayon Prokurorluğunda araşdırma aparılır.

***

Fövqəladə Hallar Nazirliyinin (FHN) məlumatına görə, ötən gün “Yeni Xan qızı” kanalının Beyləqan rayonu, Birinci Şahsevən kəndindən keçən hissəsində 1 nəfər batıb.

Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.

Hazırda vətəndaş - 2005-ci il təvəllüdlü Amin Zamir oğlu Əhmədovun batdığı ehtimal edilən istiqamətlərdə axtarışlar həyata keçirilir.

Əlavə məlumat veriləcək.