Daha bir uşaq qızılcadan öldü - Yenilənib

daha-bir-usaq-qizilcadan-oldu
Oxunma sayı: 3890

Astara rayonunda azyaşlı qızılcadan ölüb.

“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Maşxan kəndində baş verib.

Belə ki, 2018-ci il təvəllüdlü Yusif Ağamir oğlu Əliyev 4 gün əvvəl yaxınları tərəfindən qızdırma əlamətləri ilə xəstəxanaya aparılıb.

Müalicə təyin edilən azyaşlı evə buraxılıb. Dünən isə yaşadığı evdə hərarəti yüksələn uşaq vəfat edib.

Xəbəri rus dilində oxuyun: В Азербайджане судья привлечен к уголовной ответственности

Faktla bağlı Astara Rayon Prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, son aylarda Azərbaycanda 10-dan çox azyaşlı və yeniyetmə qızılcadan vəfat edib.

***

TƏBİB-in Mətbuat xidmətindən bildirilib ki, Maşxan kənd sakini, 2018-ci il təvəllüdlü azyaşlıya Astara Rayon Mərkəzi Xəstəxanasının müvafiq şöbələrində müayinə və analizlərdən sonra qızılca diaqnozu qoyulub.

Ona müvafiq tibbi xidmətlər göstərilib, profilaktik infuziya tətbiq edilib və xəstədə ağır əlamətlər müşahidə olunmadığından ambulator müalicə üçün evə buraxılıb: “Fevralın 8-də xəstəxananın Təcili tibbi yardım şöbəsinə daxil olan çağırış əsasında təhkim olunan briqada tərəfindən çağırış ünvanında azyaşlının həkiməqədər ölüm faktı qeydə alınıb. Xəstənin anamnestik və reyestr məlumatlarına əsasən, qızılcaya görə peyvənd olunmadığı məlum olub”.