“Danışıqlar dondurulub” - KİV

danisiqlar-dondurulub
Oxunma sayı: 632

İslamabadda davam edən İran-ABŞ sülh danışıqları hazırda faktiki olaraq dondurulub.

“Qafqazinfo” xəbər verir ki, bu haqda “Al-Arabiyya” Pakistan mənbəsinə istinadən məlumat yayıb.

“Danışıqların ləğvindən söhbət getmir, lakin onlar hazırda dayandırılıb, həqiqətən də dondurulub. Danışıqların davam etməsi üçün həm İran, həm də Amerika tərəflərindən güzəştlər tələb olunur”, - məlumatda bildirilir. Pakistanlı diplomat həmçinin qeyd edib ki, danışıqlarda irəliləyiş “çox zəifdir”.

Qeyd edilir ki, danışıqlara əsas maneə ABŞ-nin davam edən dəniz blokadası olaraq qalır. Tehran onun ləğvini dialoqun davam etdirilməsi üçün əsas şərt kimi göstərir.