Danışmamaq üçün ağzını skoçladı - Video

danismamaq-ucun-agzini-skocladi
Oxunma sayı: 3229

Türkiyəli şoumen Mehmet Ali Erbil jurnalistlərin suallarını cavablandırmamaq üçün maraqlı addım atıb.

“Qafqazinfo” xəbər verir ki, bunu əks etdirən kadrları “2. Sayfa” verilişi yayımlayıb.

Xəbəri rus dilində oxuyun: Армянские СМИ пишут о Шахине Мустафаеве... - Видео

Məkanların birindən çıxan şoumen ağzı skoçlu halda görüntülənib və ona ünvanlanan çoxsaylı sualları cavabsız qoyub. 

Mehmet Ali Erbilin yanında olan dostu isə “danışması qadağandır, çünki hər danışdığı olay olur. Bundan sonra danışmaması daha yaxşıdır”, - deyə jurnalistlərə cavab verib.

Qeyd edək ki, bir müddət əvvəl Mehmet Ali Erbilin mükafatlandırma mərasimlərinin birində gecənin aparıcısı Melike Öcalana dediyi gözlənilməz sözlərlə gündəmə gəlmişdi.