Qadın aparıcıya dediyi sözlərə görə tənqid olundu - Video

qadin-apariciya-dediyi-sozlere-gore-tenqid-olundu
Oxunma sayı: 4086

Yaşadığı ciddi sağlıq problemləri səbəbindən uzun müddət müalicə olunan tanınmış türkiyəli şoumen Mehmet Ali Erbil ötən gün mükafatlandırma mərasiminə qatılıb.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, mükafatı təqdim etmək üçün səhnəyə çıxan Erbil gecənin aparıcısı Melike Öcalana gözlənilməz sözlər deyib.

Mükafatı götürərkən Öcalana tərəf dönən şoumen “necə gözəlləşmisən. Əlimi vurduqlarım məşhur olurdu. Bircə sənə əlimi vura bilmədim”, - deyib.

Öcalan isə “şokdayam. 20 ildə belə şey eşitməmişdim”, - deyə reaksiya verib.

Erbilin bu davranışı sosial şəbəkə istifadəçiləri tərəfindən tənqid olunub.