Daşkəsən rayonunda dəhşətli yanğın hadisəsi olub.
“Qafqazinfo” “Report”a istinadən xəbər verir ki, rayonun Quşçu kəndindəki evlərdən birində baş vermiş yanğın zamanı 5 nəfər həyatını itirib.
***
Daşkəsən rayon İcra Hakimiyyətindən “Qafqazinfo”ya bildirilib ki, 14 noyabr 2018-ci il saat 02:15 radələrində Daşkəsən rayonunun Quşçu kəndində 1970-ci il təvəllüdlü Tağıyev Pənah Cəmil oğluna məxsus ikimərtəbəli, 3 otaqlı, ümumi sahəsi 150 m2 sahəsi olan fərdi yaşayış evində yanğın hadisəsi baş verib.
Hadisə nəticəsində Tağıyev Pənah Cəmil oğlunun gəlini, 1990-cı il təvəllüdlü Tağıyeva Sevinc Şahin qızı, nəvələri - 2010-cu il təvəllüdlü Tağıyeva Aysun Asim qızı, 2012- ci il təvəllüdlü Tağıyev Sakit Asim oğlu, 2017- ci il təvəllüdlü Tağıyev Sadiq Asim oğlu və qız nəvəsi 2007-ci il təvəllüdlü Edilxanova Günel Qoşqar qızı ölüb. Hadisənin hansı səbəbdən baş verməsi ilə bağlı ilkin məlumat hələ ki yoxdur. Hadisə ilə bağlı rayon prokurorluğunda araşdırma başlayıb.
Günel Türksoy
Son xəbərlər
Son Xəbərlər