Artıq nazirlikdən “Qafqazinfo”ya həmin yazıya cavab daxil olub. Nazirliyin Mətbuat Xidmətinin rəis müavini, polis polkovniki Ehsan Zahidovun adından daxil olan cavabı olduğu kimi təqdim edirik:
“Diplomatik Nümayəndəliklərin Mühafizəsi üzrə Əlahiddə Polis Taboru haqqında saytınızda gedən anonim "müraciət"dən xəbərimiz var. Anonim "müraciət" başdan-ayağa uydurma, qərəz və əsassız küçə söhbətindən başqa bir şey deyil. Mən heç inanmıram ki, bu uydurmanın müəllifi hazırda taborda xidmətdə olan əməkdaşlardandır. O çox güman ki, nə vaxtsa Taborda işləmiş və mənfi motivlərlə oradan uzaqlaşdırılmış birisidir. İndi də oturub keçmiş iş yeri, keçmiş iş yoldaşları haqqında hədyanlar qoşub anonim formada mətbuata ötürür.
Buna baxmayaraq orada qeyd olunan bəzi məqamlara aydınlı gətirmək istərdim. Həmişə pis, intizamsız işçilər tələbkar və nizam-intizam tələb edən rəhbəri sevməyiblər. Yazıda bölük komandiri, Milli Qəhrəman Əlif Hacıyevin qohumu, əslən Xocalıdan olan Seymur Hacıyevin də adı məhz onun tələbkar və tabeliyindəki əməkdaşlara qarşı diqqətli olmasından dolayı çəkilir.Onun xidmət prosesində guya cənab nazirin adından istifadə etməsi uydurmadır. Sadəcə anonim müraciətin müəllifi oxucuları öz yalanlarına inandırmaq üçün cənab nazirin də əslən Xocalıdan olması və onun bütövlükdə xocalılara olan diqqət və qayğisından bəhrələnərək belə əsassız fikir formalaşdırmağa cəhd edib.
İddia olunur ki, guya Taborda əməkdaşlardan müxtəlif bəhanələrlə pul yığilir. Burada göstərilələrdən yalnız iki hal barədə aydınlıq gətirmək olar, qalanları ağ yalandır. İki haldan biri odur ki, hər bir polis əməkdaşı DİN-in İdman Cəmiyyətinin üzvüdür. Şəxsi heyət fiziki hazırlığını artırmaq, daim formada qalmaq üçün mütəmadi olaraq müasir idman qurğuları ilə tam təmin edilmiş Cəmiyyətin imkanlarından geninə-boluna istifadə edir. Ona görə də İdman Cəmiyyətinin saxlanması, maddi-texniki cəhətdən daha da möhkəmlənməsi üçün hər birəməkdaş ildə bir dəfə üzvlük haqqı ödəyir. İndiyədək də heç bir əməkdaş üzvlük haqqı ödəməkdən də xoflanmayıb, çünki anlayırlar ki, bu Nizamnaməyə uyğundur. İkinci hal isə DİN-in orqanı olan "Mübariz Keşikdə" qəzetinin abunəsi ilə əlaqədardır. Bu qəzet Nazirliyin orqanı olmaqla, həm də polisin tribunasıdır. Qəzetin hər nömrəsində polis əməkdaşlarının faydalana biləcəkləri xeyli məlumat və məqalələr dərc olunur. Ona görə də polis əməkdaşları bu qəzeti əldə etməkdə maraqlıdırlar və kütləvi satışda olmayan bu qəzetə könüllülük prinsipi ilə abunə olurlar. 6 aylıq abunənin qiyməti isə cəmi 9 manatdir (illik 18 manat). Etiraf etmək olar ki, hazırda bu qiymətə qəzet yoxdur, yəni indiki qiymətlərlə müqayisədə xeyli ucuzdur. Sual yaranır: Öz fiziki hazılığını artırmaq, öz sağlamlığını möhkəmlətmək üçün mütəmadi olaraq imkanlarından istifadə etdiyin İdman Cəmiyyətinə ildə bir dəfə ödədiyin üzvlük haqqını, eləcə də xidmət etdiyin orqanın öz yeganə qəzetinin hesabina abunə üçün ildə keçirdiyin 18 manat vəsaiti rüşvət və ya "pul yığma" kimi qələmə vermək nə dərəcədə ədalətlidir?
Hüquqdan bir az təsəvvürü olan kəs əgər rüşvətlə üzvlük haqqını, abunə pulunu ayırd edə bilmirsə, onun ağlı da, savadı da çox şübhəlidir. Müraciətdə yer almış digər iddialar isə o qədər uydurma, şər-şəbədədir ki, onlara münasibət bildirmək yersiz olar”.
Sözügedən yazı ilə aşağıdakı linkdən tanış ola bilərsiz
Polis taborunda rüşvət karuseli
Son xəbərlər
Son Xəbərlər