DÇ-də sensasiya! - Xorvatiya yarımfinala adladı+Yenilənib

dc-de-sensasiya
Oxunma sayı: 7711

Bu gün DÇ-2022-nin 1/4 final mərhələsində Braziliya və Xorvatiya milliləri üz-üzə gələcək.

“Qafqazinfo” xəbər verir ki, saat 19:00-da başlayacaq matç üçün komandaların start heyətlər açıqlanıb.

Xorvatiya: Livakoviç, Yuranoviç, Lovren, Qvardiol, Sosa, Brozoviç, Kovaçiç, Modriç, Pasaliç, Perisiç, Kramariç

Braziliya: Alisson Bekker, Eder Militao, Tyaqo Silva, Markinyos, Danilo, Kazemiro, Neymar, Lukas Paketa, Rişarlison, Rafinya, Vinisius Junior.

***

Matç başladı.

***

İlk hissə qolsuz başa çatdı.

***

İkinci hissə başladı.

***

Matçın 90 dəqiqəsi qolsuz başa çatdı. Əlavə hissələr oynanılacaq.

***

105+1-ci dəqiqədə Neymar hesabı açdı.

***

Xorvatiyadan cavab qolu. 117-ci dəqiqədə Petkoviç fərqlənir.

***

Qalib penaltilər seriyasında müəyyənləşəcək.

***

Xorvatiya penaltilər seriyasında Braziliyanı 4:2 hesabı ilə məğlub edərək yarımfinala adlayır.