“Dədəmə, nənəmə apar ver məni!”

dedeme-neneme-apar-ver-meni-
Oxunma sayı: 988

Daha adamları sevib qurtardım,
Sevgidən nifrətdən doydum ilahi...
Üstündən ah çəkdim, bir iki qullab
onu da yarımçıq qoydum, İlahi

Adamlar içini xaraba qoyub,
Uçuq divarların dibiynən gedir
Hərə öz başına bir noxta salıb
Bir zatı qırığın ipiynən gedir..

Otlar ac qarına çıxır torpaqdan
Sular brnəfəsə yürüyüb gedir
Ağac bastırırsan göyərib çıxır,
adam bastırırsan çürüyüb gedir...

Başın qarışıqdı başına dönüm,
Küfr olar, desəm ki, işin gücün yox,
Səndən bəndələrin çörəy istəyir,
Sən olan yerdfə də əkin-biçin yox...

İlahi, səni də dişimə vurdum
Yerdən göy çağırmaz, göydən yer məni
İlahi sən mənə yiyə durmadın,
Dədəmə, nənəmə apar ver məni!!

Zakir Sadatlı