Dəliməmmədli şəhərində səyyar qəbul keçirildi

delimemmedli-seherinde-seyyar-qebul-kecirildi
Oxunma sayı: 3350

Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev Dəliməmmədli şəhərində səyyar görüş keçirib.

“Qafqazinfo” xəbər verir ki, görüşdə rayonun digər rəhbər şəxsləri, xidmət sahələrinin rəhbərləri və bir qrup ictimai fəal iştirak edib.

Sakinləri dinləyən icra başçısı mövcud problemlərin həlli ilə bağlı, aidiyyəti xidmət sahələrinin rəhbərlərinə və məsul şəxslərə yerində müvafiq tapşırıq və tövsiyyələrini bildirib.