Dəməşqdə 13 il sonra Azərbaycanla bağlı ilk rəsmi qəbul - Fotolar

demesqde-13-il-sonra-azerbaycanla-bagli-ilk-resmi-qebul
Oxunma sayı: 1872

Suriyanın paytaxtı Dəməşqdə 28 May - Müstəqillik Günü münasibətilə rəsmi qəbul keçirilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Azərbaycanın Suriyadakı Səfirliyi “X” hesabında paylaşıb.

Bu, Dəməşqdə 13 illik fasilədən sonra Müstəqillik Günü ilə bağlı təşkil edilən ilk rəsmi qəbul olub.

Xatırladaq ki, cari ilin fevralında Azərbaycan 13 il sonra Dəməşqdəki Səfirliyinin fəaliyyətini bərpa edib.