Xəbər verdiyimiz kimi, Xalqların Demokratik Partiyasının (HDP) sədri Səlahəddin Dəmirtaş həbs olunub.
“Qafqazinfo” xəbər verir ki, S. Dəmirtaşın adından Feysbuk səhifəsində bəyanat yayılıb.
“Biz xalqımızın fədakarcasına apardığı demokratiya, azadlıq və sülh mübarizəsinə sıx şəkildə bağlı olacağıq. Bu zülm günləri dirənişimizin qarşısında tez-gec bitəcək. Bütün dostlara ürəkdən salam və sevgilərimizi çatdırırıq”, - deyə bəyanatda vurğulanıb.
Qeyd edək ki, S. Dəmirtaşla birlikdə partiyanın həmsədri Figen Yüksəkdağ və 4 millət vəkili həbs olunub.

Son xəbərlər
Son Xəbərlər