Devid Bekhemin keçmiş cangüdəni ölü tapıldı - Foto

devid-bekhemin-kecmis-cangudeni-olu-tapildi
Oxunma sayı: 1700

Əfsanəvi futbolçu Devid Bekhem və həyat yoldaşı Viktoriya Bekhemin keçmiş cangüdəni Kreyq Eynsvort İspaniyada ölü tapılıb.

“Qafqazinfo” “Marca”ya istinadən xəbər verir ki, onun ölümünü anası açıqlayıb.

40 yaşlı Kreyqin harada tapıldığı və necə öldüyü barədə açıqlama verilməyib.

Nəşr yazır ki, Eynsvort İspaniyada itkin düşməzdən əvvəl müəmmalı mesaj yazıb: “Əlvida, gözəl insanlar. Çoxlarınız üçün bu, şok olacaq, amma son dörd il ərzində çox əziyyət çəkdim”.

Qeyd edək ki, ölən mühafizəçi 2013-2015-ci illərdə Bekhemlərin yanında işləyib. Eynsvord daha əvvəllər Conni Depp, Cennifer Lourens və Arnold Şvartsenegger kimi məşhurların da cangüdəni olub.