Dövlətə xəyanət etmiş şəxsə bu cəza verildi

dovlete-xeyanet-etmis-sexse-bu-ceza-verildi
Oxunma sayı: 3618

2022-ci il ərzində İran xüsusi xidmət orqanlarının gizli əməkdaşlığa cəlb etdiyi şəxsə Şəki Ağır Cinayətlər Məhkəməsində hökm oxunub.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 1992-ci il təvəllüdlü Yevlax rayon sakini Tural Məmmədov Cinayət Məcəlləsinin 274-cü (Dövlətə xəyanət) maddəsi ilə təqsirli bilinib.

Araşdırmalar zamanı məlum olub ki, T.Məmmədov “Azərbaycan Dəmir Yolları” QSC-nin Yevlax şəhəri üzrə texniki-xidmət məntəqəsində vaqon baxıcısı vəzifəsində işləyib. O, 2022-ci ilin yanvar ayından İran xüsusi xidmət orqanları ilə maddi maraq qarşılığında əməkdaşlığa cəlb edilib və ümumilikdə 12-15 min manat pul alıb. Bu müddət ərzində xarici kəşfiyyat Turala xüsusi avadanlıqlar verib və hərbi obyektləri izləyərək şəkillərini çəkməsi üçün fotoaparat alıb.

Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi tədbirlərlə T.Məmmədov 2022-ci ilin dekabr ayında tutulub və barəsində cinayət işi açılıb.

Şəki Ağır Cinayətlər Məhkəməsinin 7 dekabr tarixli hökmü ilə ona 16 il həbs cəzası verilib.