Dünyada nə qədər kitab var?

dunyada-ne-qeder-kitab-var-
Oxunma sayı: 3057


“Qafqazinfo” Kult.az-a istinadən xəbər verir ki, Google hesablamalarına görə, planetimizin bütün tarixi boyunca dünyada cəmi 129 864 880 ədəd kitab yazılıb, lakin burada tirajlar deyil, yalnız nadir nəşrlər nəzərə alınıb. Hesablama prosesi belə gedib: 

ABŞ Konqresi kitabxanasının təqdim etdiyi bütün kitab kataloqlarını təhlil ediblər, təkrarlanan ISBN saylarını kənarlaşdırıblar və hökumət sənədlərini seçiblər. 

Ancaq nəzərə almaq lazımdır ki, bu say hər gün yüz dəfələrlə artmaqdadır. Hesablamalar zamanı, həmçinin dünyada ən çox oxunan üç kitabın da adı bəlli olub. Birinci yerdə Bibliya, ikinci yerdə Mao Tszedunun sitatları, üçünçü yerdə isə R.R.Tolkiyenin "Üzüklərin hökmdarı” kitabı yer alır.