Dünyaya artıq brilyant göz protezi ilə baxır... - Foto

dunyaya-artiq-brilyant-goz-protezi-ile-baxir
Oxunma sayı: 1994

ABŞ-də zərgərlik mağazasının sahibi Sleyter Consun göz protezinə brilyant yerləşdirilib.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, hazırlanma işini göz protezləri üzrə mütəxəssis Con Lim həyata keçirib.

O etiraf edib ki, karyerası ərzində təxminən 10 min süni göz düzəldib, lakin beləsini heç vaxt hazırlamayıb.

“Bu mənim təcrübəmdə ən bahalı göz protezidir”, - Lim qeyd edib.

Bildirilir ki, S.Consun yeni gözü işıqda parlayır, sözün həqiqi mənasında göz qamaşdırır. Hətta o, zarafatla deyir ki, indi dünyada ən dəyərli baxış məhz ona məxsusdur: “Mən gözümü itirdim, amma bu, həyatıma yeni işıq gətirdi. Con Lim bu brilyant protezi sadəcə tibbi cihaz olmaqdan çıxararaq əsl sənət əsərinə çevirib”.

Zərgərin hekayəsi sosial şəbəkələrdə geniş səs-küyə səbəb olub. Bir çoxları bu addımın onun həyatı üçün təhlükəli ola biləcəyi qənaətindədirlər.