“Yuventus”un kapitanı Manuel Lokatelli Çempionlar Liqasının pley-off mərhələsində “Qalatasaray”a məğlub olaraq turnirlə vidalaşdıqları oyundan sonra duyğularını gizlədə bilməyib.
“Qafqazinfo” “Football Italia” nəşrinə istinadən xəbər verir ki, italiyalı yarımmüdafiəçi komandasının mübarizəsindən qürur duyduğunu, lakin nəticənin çox ağır olduğunu bildirib:
“Düzünü desəm, ağlamaq istəyirəm. Biz uğura həqiqətən inanırdıq. Bu oyuna bütün canımızı, hətta ondan da çoxunu qoyduq. İstanbuldakı ilk matçdakı hadisə hər şeyi çətinləşdirdi, amma bu gün hər kəsə ürəyimin dərinliyindən təşəkkür etmək istəyirəm. Stadiondakı atmosfer inanılmaz idi, belə axşamlar əbədi xatırlanır. Biz lazım olan bütün enerjini meydanda qoyduq”.
Xatırladaq ki, İstanbulda keçirilən ilk görüşdə “Qalatasaray” 5:2 hesablı qələbə qazanmışdı. Turində keçirilən cavab oyununda isə “Yuventus” azlıqda qalmasına baxmayaraq, əzmkar mübarizə apararaq 3:2 hesabı ilə qalib gəlsə də, bu, ümumi nəticədə (7:5) “sarı-qırmızılıların” növbəti mərhələyə yüksəlməsinə mane olmayıb.
Son xəbərlər
Son Xəbərlər