DYP bölgələrə gedən sürücülərə çağırış etdi

dyp-bolgelere-geden-suruculere-cagiris-etdi
Oxunma sayı: 2025

Baş Dövlət Yol Polis İdarəsinin bütün şəxsi heyəti gücləndirilmiş formada yollarda hərəkəti tənzimləyir.

“Qafqazinfo” xəbər verir ki, bugündən etibarən  bayram günləri ilə bağlı paytaxtdan bölgələrə doğru avtomobil axının olması nəzərə alınaraq BDYPİ-nin bütün şəxsi heyəti yollarda hərəkətin tənzimlənməsinə cəlb edilib.

Bütün bu tənzimləmələrə baxmayaraq bəzi yollarda yenə də sıxlıq müşahidə edilir. Bu səbəbdən bütün sürücülərdən xahiş olunur yolda tələskənliyə yol verməsinlər, sürət həddinə xüsusilə ciddi əməl etsinlər və yol hərəkəti qaydalarını pozmasınlar.

Unutmayın, gedəcəyiniz yerə gec getmək, heç getməməkdən yaxşıdır.