Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) Ukrayna, Rusiya və ABŞ nümayəndələri arasında danışıqlar Kiyevdən asılı olmayan səbəblərə görə təxirə salınıb.
“Qafqazinfo” xəbər verir ki, bu haqda Ukrayna Prezidenti Volodimir Zelenski NATO-nun Baş katibi Mark Rutte ilə keçirdiyi mətbuat konfransında danışıb.
“Fevralın 1-də Əbu-Dabidə keçiriləcək görüş Ukraynadan asılı olmayan səbəblərə görə təxirə salınıb”, - Zelenski deyib.
O əlavə edib ki, Kiyev ABŞ tərəfindən təklif olunarsa, münaqişənin deeskalasiyası üçün yeni addımları dəstəkləməyə hazırdır.
Qeyd edək ki, Rusiya-Ukrayna münaqişəsinin həlli ilə bağlı Əbu-Dabidə keçirilməli olan üçtərəfli danışıqların növbəti mərhələsi 4-5 fevral tarixlərinə təxirə salınmışdı.
Son xəbərlər
Son Xəbərlər