Əbu-Dabidə üçtərəfli danışıqlar başa çatdı - Yenilənib

ebu-dabide-ucterefli-danisiqlar-basa-catdi
Oxunma sayı: 984

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Əbu-Dabi şəhərində ABŞ-nin vasitəçiliyi ilə Rusiya və Ukrayna arasında danışıqların ikinci raundunun ikinci gününə start verilib.

“Qafqazinfo” UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının rəhbəri Rustem Umerov sosial şəbəkə hesabında məlumat yayıb.

“Dünənki formatlarla işləyirik: üçtərəfli məsləhətləşmələr, qruplarda iş və mövqelərin daha da sinxronlaşdırılması. Nəticələr sonra olacaq”, - paylaşımda deyilir.

***

Əbu-Dabidə keçirilən üçtərəfli sülh danışıqları başa çatıb.