Əbu-Dabidəki Rusiya-Ukrayna danışıqlarına münasibət bildirdi

ebu-dabideki-rusiya-ukrayna-danisiqlarina-munasibet-bildirdi
Oxunma sayı: 388

“Əbu-Dabidə keçirilən üçtərəfli görüşlər konstruktiv olub və əsas diqqət davamlı sülh üçün şəraitin yaradılmasına yönəlib”.

“Qafqazinfo” xəbər verir ki, bunu ABŞ prezidentinin xüsusi elçisi Steven Uitkoff “X” sosial media səhifəsində Rusiya və Ukrayna ilə bağlı danışıqlara münasibət bildirərək yazıb.

“İki gün ərzində nümayəndə heyətləri açıq qalan məsələlər, o cümlədən atəşkəsin təmin edilməsi üsulları və hərbi əməliyyatların dayandırılmasının monitorinqi ilə bağlı müzakirələr aparıblar”, - o qeyd edib.

Uitkoff vurğulayıb ki, nümayəndə heyətləri paytaxtlarına qayıtmaq və üçtərəfli danışıqları yaxın həftələrdə davam etdirmək barədə razılığa gəliblər.