Əbülfəs Qarayav vətəndaşları qəbul edəcək

ebulfes-qarayav-vetendaslari-qebul-edecek
Oxunma sayı: 723

Oktyabrın 25-də saat 11:00-da Mədəniyyət naziri Əbülfəs Qarayev tərəfindən Ucar rayon Heydər Əliyev Mərkəzində (Ucar şəhəri, Heydər Əliyev prospekti, 73) Ucar və Zərdab rayonlarından olan vətəndaşların qəbulu keçiriləcək.

"Qafqazinfo" xəbər verir ki, həmin gün saat 11:00-da nazir müavini Rafiq Bayramov Ağdaş rayon Heydər Əliyev Mərkəzində (Ağdaş şəhəri, Heydər Əliyev Əliyev Meydanı 1 ) Ağdaş və Göyçay rayonlarından olan vətəndaşları qəbul edəcək.

Vətəndaşlar nazirliyin [email protected] elektron poçt ünvanı, ex.mct.gov.az elektron xidmətlər saytı, telefon məlumat sistemi (çağrı mərkəzi): 147 və ya (012) 493-92-17 (əlaqələndirici şəxs: Pərviz İsgəndərli - Regional siyasət şöbəsinin müdiri) və (012) 493-55-21 nömrəli telefonlar vasitəsi ilə qəbula yazıla bilərlər.