Əfsanəvi “Qaya”nın yaradıcısı vəfat etdi

efsanevi-qayanin-yaradicisi-vefat-etdi
Oxunma sayı: 2362

Əfsanəvi “Qaya” estrada-simfonik orkestrinin yaradıcısı və bədii rəhbəri, Xalq artisti Teymur Mirzəyev 85 yaşında dünyasını dəyişib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Rəşid Behbudov Fondunun direktoru Kamil Şahverdiyev feysbukda məlumat verib.

Onun sözlərinə görə, T. Mirzəyev ömrünün son illərini yaşadığı İsraildə vəfat edib.

Qeyd edək ki, T. Mirzəyev 1936-cı ildə Ağdamda anadan olub. Azərbaycan Dövlət Konservatoriyasının xor-dirijor fakültəsini bitirib. O, 1961-ci ildə "Qaya" estrada-simfonik orkestrini yaradıb, onun bədii rəhbəri və solisti olub. Ansambl SSRİ məkanında və bir çox xarici dövlətlərdə tanınmış kollektivlərdən biri idi. 

Allah rəhmət eləsin!