Əhməd Oğuz vəfat etdi

ehmed-oguz-vefat-etdi
Oxunma sayı: 4475

Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair, jurnalist Əhməd Oğuz vəfat edib.

Bu barədə “Qafqazinfo”ya Azərbaycan Yazıçılar Birliyinin mətbuat katibi Xəyal Rza məlumat verib. Onun sözlərinə görə, Ə. Oğuz bu gün səhər saatlarında 59 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Ə.Oğuz 1961-ci il noyabrın 13-də Qərbi Azərbaycanın Kalinino rayonu Qızıl Şəfəq kəndində anadan olub. Azərbaycan Radio və Televiziya Verilişləri Şirkətində radio xalq yaradıcılığı baş redaksiyasında şöbə müdiri vəzifəsində çalışıb.

Mərhumun uzun müddətdir ki, onkoloji xəstəlikdən əziyyət çəkdiyi bildirilir.