“Əkilən ağacların sayı 650 mini keçib”

ekilen-agaclarin-sayi-650-mini-kecib
Oxunma sayı: 1543

"Bu nəcib təşəbbüsə qoşulan və ağac əkən hər kəs bu əlamətdar günü fəxrlə xatırlayacaq".

"Qafqazinfo" xəbər verir ki, bu sözləri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova deyib. 

"Bildiyimiz kimi, “Nəsimi ili”nə töhfə verilməsi üçün Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən ölkəmizdə bir gündə 650 min ağacın əkilməsi təşəbbüsü irəli sürülüb. SOCAR, BP kimi böyük şirkətlərdən tutmuş fərdi insanlara kimi hamı bu təşəbbüsə qoşulub. Ölkənin 80-dən artıq rayonunun fərqli məkanlarında yaşından, peşəsindən asılı olmayaraq minlərlə insanın bu genişmiqyaslı ağacəkmə kampaniyasına kütləviliklə qoşulması həqiqətən fəxr ediləsidir",- deyə İ. İbrahimova qeyd edib.

Bu təşəbbüsün həyata keçirilməsi üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyində xüsusi qərargah yaradılıb və nazir müavini Firdovsi Əliyevin rəhbərliyi ilə böyük bir qrup bu işlə məğul olub.

Nazir müavini Firdovsi Fərzəliyev bildirib ki, nəinki paytaxt və regionlarda, hətta gəmiylə ağac aparılaraq adada da ağaclar əkilib:

"Ağac əkmək bizim borcumuzdur, ancaq bir gündə 650 min ağacın əkilməsi dünyada hər zaman görülən bir iş deyil. Hətta Lerikdə, Yardımlıda qar yağa-yağa ağaclar əkilib. Təkcə SOCAR şirkəti 100 mindən çox ağac əkib. Hətta şirkət gəmiylə 12 min ağacı Çilov adasına aparıb, orada əkib. Ümumilikdə, 37 növ ağac əkilib. Mənə verilən məlumata görə, artıq əkilən ağacların sayı 650 mini keçib. Yaxın günlərdə isə 700 min tut tinginin paylanılması və əkilməsi işinə başlanılacaq. 8 min hektarlıq ərazidə isə meşə pərpa işləri aparılacaq". 

ETSN yanında Ekoloji İctimai şurasının sədri Mələk Şükürova çıxışında qeyd edib ki, bugünkü aksiya qlobal bəşəriyyətə verilmiş böyük bir töhfədir:

"Bu gün əkilmiş 650 min ağac 10 ildən sonra təqribən 45 500 ton karbonun atmosferdə azalmasına səbəb olacaq. Həmin ərazilərdə ictimai nəzarət vacibdir. Həm texniki qulluq, həm də mühafizə sistemi planlaşdırılıb və işlər aparılacaq".