Əkin sahəsində meyit tapıldı

ekin-sahesinde-meyit-tapildi
Oxunma sayı: 959

Masallıda əkin sahəsində meyit tapılıb.

“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Mollaoba kəndində baş verib.

Dünən saat 18 radələrində rayonun Boradigah qəsəbə sakini Fərzullayev Razi Allahverdi oğlunun meyiti Mollaoba kəndi ərazisindəki fərdi yaşayış evlərinin yaxınlığında yerləşən əkin sahəsində aşkar edilib.

Faktla bağlı Masallı Rayon Prokurorluğunda araşdırma aparılır.