“Əks halda ölkədə yeni etirazlar alovlana bilər”

eks-halda-olkede-yeni-etirazlar-alovlana-biler
Oxunma sayı: 528

“İran hakimiyyəti dəyişməli və ya getməli olacaq, əks halda ölkədə yeni etirazlar alovlana bilər”.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio deyib.

O bildirib ki, İran xalqının qanuni və ardıcıl şikayətlərini həll etmək üçün heç bir yolu yoxdur.

Rubio həmçinin qeyd edib ki, İran iqtisadiyyatı çöküş vəziyyətindədir və hökuməti etirazçıların əsas şikayətlərini həll edə bilmir.