Ekvardorun “Barselona” klubunun futbolçusu Mario Pineyda qətlə yetirilib.
“Qafqazinfo” xəbər verir ki, 33 yaşlı futbolçu mağazanın yaxınlığında hücuma məruz qalıb.
Hadisə Quayakil şəhərində baş verib. Silahlılar Pineydaya bir neçə atəş açıb. Nəticədə futbolçu həyatını itirib.
Ekvador mətbuatının yazdığına görə, futbolçunun həyat yoldaşı da qətlə yetirilib, anası isə yaralanıb.
Qeyd edək ki, Mario Pineyda 10 ildir ki, “Barselona”da çıxış edirdi. O, iki dəfə klubla ölkə çempionu olub.
Son xəbərlər
Son Xəbərlər