Eldəniz Səttarov yevlaxlıların yeganə seçimidir - Fotolar

eldeniz-settarov-yevlaxlilarin-yegane-secimidir
Oxunma sayı: 1410

48 saylı Yevlax seçki dairəsindən deputatlığa namizəd Eldəniz Səttarov seçkiqabağı təbliğatını uğurla davam etdirir. “Qafqazinfo” xəbər verir ki, namizəd Yevlax şəhərində seçicilərlə müntəzəm görüşlər keçirir. Namizədlə görüşlərdə seçicilər böyük yekdilliklə gənc namizədə səs verəcəklərini bildiriblər. Yevlaxlılar tərəfindən böyük rəğbətlə qarşılanan gənc, demək olar ki, seçicilərin dili ilə desək, yevlaxlıların yeganə namizədidir. O, seçicilərin mütləq əksəriyyətinin dəstəyini ala bilib.

Eldəniz Səttarov görüşlərdə öz səmimiyyəti, sadəliyi ilə seçilir. Sakinlərin şəraitləri ilə tanış olur, onların problemlərini qeydiyyata götürür və sosial rifahlarının yaxşılaşdırılması istiqamətində gələcək planları barədə öz fikirlərini bölüşür. Gənc namizəd ölkə rəhbəri möhtərəm cənab Prezidentin siyasətini təbliğ edərək seçiciləri uğurlu gələcəyə səs verməyə çağırır:

“Əziz seçilər, bilirsiniz ki, Cənab Prezidentimiz tərəfindən  ölkəmizdə durmadan uğurlu islahatlar həyata keçirilir. Bu istiqamətdə şəhərimizə yeni İcra Başçısı təyin olunub. Anar müəllim yüksək intellektə malik Prezidentimizin gənclər siyasətini dəstəkləyən bir şəxsdir. Çalışır ki, şəhərimizdə uğurlu işlər, gözəl layihələr həyata keçirsin. Gəlin biz də əl-ələ verək, öz gələcəyimizi quraq. Doğma şəhərimizi birgə qoruyaq. Sizin səsiniz xoşbəxt gələcəyimizin təminatıdır”.

Sonda Eldəniz Səttarov bu cür səmimi münasibətə görə, seçicilərə minnətdarlığını ifadə edib. Namizəd bildirib ki, onun bir məqsədi, bir amalı var:

“O da dövlətimizə, dövlət rəhbərimizə və siz seçicilərimizə xidmət etməkdir. Mən söz verirəm ki, sizin içərinizdə olub bütün uğurlara sizinlə birgə imza atacağam”.