Əli Kərimli və Məmməd İbrahim bu maddə ilə ittiham olunur - Yenilənib

eli-kerimli-ve-memmed-ibrahim-bu-madde-ile-ittiham-olunur
Oxunma sayı: 7627

Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılan AXCP sədri Əli Kərimli təqsirləndirilən şəxs qismində cəlb edilib.

“Qafqazinfo” xəbər verir ki, ona qarşı AR Cinayət Məcəlləsinin 278.1 (hakimiyyəti zorla ələ keçirməyə, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) maddəsi ilə ittiham irəli sürülüb.

***

Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılan AXCP reyasət heyətinin üzvü Məmməd İbrahimliyə də AR Cinayət Məcəlləsinin 278.1 (hakimiyyəti zorla ələ keçirməyə və ya onu zorla saxlamağa, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) maddəsi ilə ittiham verilib.