Rusiyanın Almatıdakı Baş Konsulluğu Azərbaycan əsilli tanınmış reper “Navai”nin (Nəvai Bəkirov) saxlanılması ilə bağlı Qazaxıstan Xarici İşlər Nazirliyinə (XİN) nota verib.
“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, Qazaxıstan XİN Rusiya tərəfdən nota alındığını təsdiqləyib.
“XİN-ə Rusiyanın saxlanılmış vətəndaşları və onların olduğu yer barədə məlumat verilməsi xahişi ilə nota daxil olub ki, bu da konsulluq işində standart təcrübədir. XİN Qazaxıstanın hüquq-mühafizə orqanlarına müvafiq sorğu göndərəcək”, - nazirlikdən bildirilib.
Xatırladaq ki, oktyabrın 14-ü Qazaxıstanın “Korday” sərhəd-keçid məntəqəsində aparılan yoxlama zamanı “Navai”nin avtomobilində narkotik maddə aşkarlanıb. Ona qarşı qadağan olunmuş maddələrin qaçaqmalçılığına cəhdlə bağlı iş açılıb. Bəkirovla birlikdə avtomobildə olan daha iki nəfər də saxlanılıb. Rusiyanın Almatıdakı Baş Konsulluğu “Navai” ilə bağlı vəziyyəti izlədiklərini açıqlayıb.
Son xəbərlər
Son Xəbərlər